Azərbaycan Dövlət İnformasiya Agentliyi

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılıb

04.11.2024 [15:28]

Xəbərin mətni

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimi keçirilib. Açılışda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov, Kərkük qubernatoru Rebvar Taha, İraq parlamentində təmsil olunan türkmən deputatlar, Kərkük Təhsil İdarəsinin rəhbərliyi, müəllim heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.