Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda yaşayan azərbaycanlı gənc xanım əlifba kitabı yazıb

05.11.2024 [13:08]

Xəbərin mətni

Son 7 ildir Londonda yaşayan azərbaycanlı gənc xanım Emiliya Cəbrayılova xaricdə yaşayan uşaqlar üçün "Bülbül" adlı Azərbaycan dili əlifbası kitabını yazıb.
Müəllif kitabın ərsəyə gəlməsi ilə bağlı AZƏRTAC-a danışıb. Emiliya deyir ki, "Bülbül" kitabı Azərbaycan əlifbasını qeyri-ənənəvi bir şəkildə təqdim edir və hərfləri maraqlı mövzular və tapşırıqlarla bir araya gətirir.