CƏMİYYƏT


WWF-in Azərbaycan ofisinin direktoru: Sovetlər dövründə məhv edilən meşə ekosistemi yarım milyon ağac əkilərək bərpa olunub

Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycanda ilk dəfə 2000-ci illərin əvvəllərində layihələr həyata keçirməyə başlayıb. İndiyə kimi həyata keçirilən layihələr meşə, şirin su ekosistemlərinin, bioloji müxtəlifliyin qorunmasına və bərpasına yönəlib. Meşələrin mühafizəsi və qurulması sahəsində fərqli ərazilərdə 700 və 300 hektar olmaqla meşəbərpa işləri aparılıb və bunların qlobal iqlim dəyişmələrinə təsiri hesablanıb.
AZƏRTAC xəbər verir ki, bunu WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov COP29-la bağlı keçirilən mətbuat konfransında deyib.