CƏMİYYƏT


DİN Daxili Qoşunlarının Hərbi İnstitutunda elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda "44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu" mövzusunda geniş elmi-praktiki konfrans təşkil edildi. Tədbirin keçirilməsində əsas məqsəd, Vətən Müharibəsindən sonra Azərbaycanın daxili təhlükəsizlik strategiyasının təkmilləşdirilməsi, polisin və Daxili Qoşunların üzərinə düşən yeni vəzifələrin müzakirəsi və hibrid təhdidlərə qarşı mübarizə metodlarının təhlil edilməsi olub.
Tədbirdə Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Müdafiə Nazirliyinin təhsil müəsissələrinin və respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak ediblər.