CƏMİYYƏT


Ötən ay 300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində, həmçinin Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi üzrə oktyabr ayında daha 305 şəhid ailəsi üzvü və müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin olunub.