Bakı-Qazax yolunda baş verən qəzada 6 nəfər xəsarət alıb
07.11.2024 [13:07]
Xəbərin mətni
Kürdəmirdə yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan minik maşını motosikletlə toqquşub. Qəza nəticəsində 6 nəfər - müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişinlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.