CƏMİYYƏT


Qubada iki hektar sahədə pavlovniya bağı salınır

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "GubaEco" layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birgə layihə əsasında rayonun Zərdabi qəsəbəsində 2 hektar ərazidə institutun Mikroklonal çoxaltma laboratoriyasında invitro üsulu ilə çoxaldılan pavlovniya ağaclarından ibarət bağın salınması həyata keçirilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşan layihənin ilk günü 2500 pavlovniya ağacı əkilib.