CƏMİYYƏT


Tarixi zəfərin nöqtəsi – ŞUŞA

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı  qarış-qarış düşmən tapdağından azad edildi. 44 günlük Vətən müharibəsinin hər günü qürurlandıq. Xalqımızın illərlə daşıdığı Qarabağ yarası sağalmağa başladı, ancaq zəfərin nöqtəsi hələ qoyulmamışdı. Sıra Şuşada idi... Pənahəli xanın qurduğu,  Xan qızı Natavanın yazıb-yaratdığı, Bülbülün səsinin hər bir dağında -daşında əks olduğu Şuşada.  Tarixi şəhər düşmən işğalından azad olunmalıydı.  Şuşa düşmənin son sığınacağı idi. Zəfərə gedən yolda  son addımlar atılırdı.