Zəfər Günü münasibətilə Minskdə Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib
08.11.2024 [11:07]
Xəbərin mətni
Azərbaycanın Zəfər Günü münasibətilə Belarusun paytaxtı Minsk şəhərindəki Milli Kitabxana binasının üzərində Azərbaycan Bayrağı və Zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, işıq proyeksiyası Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə həyata keçirilib.