Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub

08.11.2024 [11:53]

Xəbərin mətni

Astanada Azərbaycan səfirliyi tərəfindən Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.
Layihənin rəhbəri və kitabın giriş sözünün müəllifi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Kərim Şükürov olub.