Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilib
08.11.2024 [14:15]
Xəbərin mətni
Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncənin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti ilə davam edib, Mirzə Abbas Abbaszadə küçəsində yekunlaşıb.