CƏMİYYƏT


“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz qürurumuzdur!” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdilər və abidə önünə gül dəstələri qoydular.