CƏMİYYƏT


İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanıb. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzində əl işləri, foto və rəsmlərdən ibarət “Zəfər sərgisi” ilə tanışlıq olub.