Pakistan Milli Assambleyasının üzvü: Pakistanda 2 milyard ağac əkilməsi proqramı davam edir
12.11.2024 [20:17]
Hər kəs, bütün dünya görür ki, Pakistan iqlim dəyişikliyi ilə mübarizədə nə işlər görür. Bizim iqlim deyişikliyini məhdudlaşdırmaq üçün bir neçə böyük proqramlarımız var. Məsələn, hal hazırda Pakistanda 2 milyard ağac əkilməsi proqramı davam edir. Bütün ölkə üzrə 2 milyard ağac əkəcəyik. İkincisi, biz ölkənin müxtəlif yerlərində su ehtiyatları yaradırıq və bərpa edirik. Əgər gələn il quraqlıq olsa və su qıtlığı problemi yaşasaq, ölkənin müxtəlif yerlərində daşqınlardan əldə etdiyimiz su ehtiyatlarını istifadə edəcəyik. Gələn il quraqlıqla üzləşsək, bu su ehtiyatlarını içmək, kənd təsərrüfatı və sairə kimi istifadə də biləcəyik. Biz ölkəmizi təmsil etmək və dünyanın başqa ölkələrindən texnoloji baxımdan dəstək almaq üçün buradayıq, çünki bəzi ölkələrin bu cür işlərdə daha çox təcrübəsi var.