MÜSAHİBƏ
Marta Bekele: Afrika ölkələri iqlim dəyişikliklərinin fəsadlarından ən çox əziyyət çəkənlər sırasındadır
13.11.2024 [14:46]
Xəbərin mətni
Bir çox dövlətlər tarix boyu ətraf mühiti çirkləndirməyə görə daha çox məsuliyyət daşıyıblar. Bu gün Afrika ölkələri iqlim dəyişikliklərinin fəsadlarından ən çox əziyyət çəkənlər sırasındadır.
Bu fikirləri COP29-un iştirakçısı, “İnkişaf təşəbbüsləri” (Development Initiatives) təşkilatının icra, keyfiyyət və təşviqat üzrə rəhbəri Marta Bekele AZƏRTAC-a müsahibəsində deyib.