MÜSAHİBƏ


“One Saint Martin” təşkilatının prezidenti: COP29 dünyanın kolonial zülmdən azad olunması ilə bağlı mövqeyimizi ifadə etmək imkanı yaradır

Karib dənizində yerləşən Saint Martin adasından gəlmişəm. Bu ada qismən Niderland Krallığı, qismən isə Fransa tərəfindən idarə olunur. Yəni, biz Karib dənizində Avropadakı administrasiya ilə idarə olunan xalqıq. Kolonializm baxımından Fransa və Niderlandın idarəsində olan cəmiyyətik. Burada bizə öz reallıqlarımızı dünyaya çatdırmaq imkanı verildiyi üçün, həmçinin təşəbbüs qrupunun göstərdiyi qonaqpərvərliyə və dəvətə görə təşəkkür edirik.