MÜSAHİBƏ
BMT-nin Vyana bölməsinin Baş direktoru: Ətraf mühitə qarşı cinayətlər biomüxtəlifliyə birbaşa təsir göstərir
13.11.2024 [16:47]
Xəbərin mətni
Biz Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər İdarəsi olaraq Bakıda keçirilən COP29 tədbirində iştirak etməkdən məmnunuq. Çünki iqlim gündəliyini, hüquq-mühafizə bucağını və ətraf mühitə qarşı cinayətlərin həllinin vacibliyini müzakirə etmək çox vacibdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Qada Vali söyləyib.