COP29 çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib
13.11.2024 [17:11]
Xəbərin mətni
Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə təşəkkürünü bildirib.