Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müryel Danyel: Fransa dövləti Yeni Kaledoniyada təkcə ətraf mühiti deyil, kanakları da məhv edir

13.11.2024 [18:03]

Xəbərin mətni

Yeni Kaledoniyada mədənçilik ətraf mühiti məhv edib. Son otuz ildə fəlakətlərə səbəb olan daşqınlar, tufan və torpaq sürüşmələri intensiv xarakter alıb. Fransa müstəmləkəçi dövlət olaraq təbii sərvətimizi istismar etdikdən sonra dağılmış yerləri bərpa etməyib.
Bu fikirləri COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfransın Yeni Kaledoniyadan olan iştirakçısı Müryel Danyel AZƏRTAC-a müsahibəsində deyib. O, COP29-da ölkəsinin üzləşdiyi fəlakətlə bağlı məlumat verməyə imkan yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI