Vüqar Gülməmmədov: İqlim Skanerinin nəticələri dünyanın üçdəbir ölkəsinin iqlim dəyişikliyi ilə bağlı strategiyaya malik olmadığını göstərdi
14.11.2024 [17:45]
"COP kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi çox böyük şərəfdir. İqlim Skanerinin ilkin qlobal nəticələrinin Bakıda keçirilən COP29-da açıqlanması ev sahibi kimi Azərbaycan Respublikası Hesablama Palatasının məsuliyyətini bir qədər də artırır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI ilə birgə təşkil etdikləri “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.