MÜSAHİBƏ


Keniyalı nazir: Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün uğurlu nümunədir

Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün uğurlu nümunədir.
Bu sözləri Keniyanın dövlət xidmətləri və insan kapitalının inkişafı naziri Castin Muturi AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində ölkələr və institutlar arasında daha sıx əməkdaşlıq, eləcə də innovasiyaların tətbiqi çox əhəmiyyətlidir. Bir çox ölkələrdə bu sahədə nümunəvi işlər görülür. Xüsusilə Azərbaycanın “ASAN xidmət” modeli olduqca innovativ təcrübədir.