MÜSAHİBƏ


Barbadoslu nazir: COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün mühüm qərarlar verilməlidir

COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün mühüm qərarlar verilməlidir.
Bu sözləri Barbadosun Baş nazirlik ofisinin naziri Şantal Munro Nayt AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, COP29-da əsasən maliyyə məsələləri üzərində razılığa gəlmək çox vacibdir. "COP29-un uğurlu olmağı üçün biz “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı qərar qəbul etməliyik. Kiçik ada dövlətlərinin inkişafına dəstək göstərilməsi prioritetlərimizdən biridir. Biz ölkəmizdə qarşılaşdığımız problemləri həll etmək üçün kifayət qədər maliyyə resursları əldə etməliyik”, - deyə nazir bildirib.