CƏMİYYƏT
Qayıq ustası: Keyfiyyətli qayıq düzəltmək üçün material düzgün seçilməlidir
Tofiq Haqverdiyev 1978-ci ildən Ovçular Cəmiyyətinin üzvüdür. Balıqçılıq və ovçuluğu idman, həm də hobbi kimi görür. Hələ gənc olanda ova gedərkən qayıqlarda çətinliklə qarşılaşan zaman onların aradan qaldırılması üçün çarə axtarıb. Çox keçmədən özü qayıq düzəltməyi qərara alıb və elə o vaxtdan da ərsəyə gətirdiyi qayıqların səs-sorağı digər rayonlara yayılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə balıqçılıq və ovçuluqla məşğul olan şəxslərin yaxşı tanıdığı Tofiq usta, həm də rəssam və rəngsazdır. Əl qabiliyyəti qayıq düzəltməsi üçün ona kömək olub. Hazırladığı qayıqlar ölkə ərazisində ovçu və balıqçıların üz tutduğu göllərdə və çaylarda istifadə olunur. Deyir ki, qayığın qiyməti ilə yanaşı, həm də təhlükəsiz olması əsas şərtdir.