Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyası: Nigeriyanın yerli əhalisi davamlı inkişaf hədəflərinə çata bilmir

15.11.2024 [16:48]

Xəbərin mətni

“Biz Nigeriyanın yerli əhalisinin rifahı üçün tərəfdaş olaraq buradayıq. Onlar davamlı inkişaf hədəflərinə çata bilmirlər. Dünyada təxminən 8 milyard insan var. Afrikadan Amerikaya, Asiyaya, Avropadan Sakit okeana, Karib dənizindən Avstraliyaya qədər bütün yerli əhali bu 8 milyardın bir hissəsidir”.
AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyasının iştirakçısı, Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri Uzodinma Adirieje jurnalistlərə açıqlamasında deyib.