CƏMİYYƏT


Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib

Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib. Festivalın əsas məqsədi Azərbaycanın cənub bölgəsinin ekoturizm və aqroturizm potensialını, zəngin mədəniyyətini və yerli ənənələrini geniş auditoriyaya nümayiş etdirmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Lənkəran Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.