CƏMİYYƏT
Cəbrayıl şəhərindən görüntülər
31 ildən sonra öz doğma sakinlərinə qucaq açan Cəbrayıl şəhərində həyat yenidən canlanıb. Bir zaman yarım qalan arzular indi gerçəyə çevrilib, həm də tam müasir formada abadlaşan şəhərdə.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Qayıdış üzrə hazırda Cəbrayıl şəhərində 163 ailənin məskunlaşması təmin edilib və 583 nəfər Cəbrayıl şəhər sakini doğma yurduna qovuşub. Şəhərdə əhalinin məşğulluğunun təmin olunması üçün əmək yarmarkası da keçirilib. Binalar tam müasir standartlara uyğun olaraq inşa edilib və məhəllələr abadlaşdırılıb. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Şəhərə gediş gəlişin təmin edilməsi üçün yollar abadlaşdırılıb.