Bakıda Tolerantlıq Evi açılıb
16.11.2024 [15:39]
Xəbərin mətni
16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda Tolerantlıq Evinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə yerləşən bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.
Tolerantlıq Evində Azərbaycanda fəaliyyət göstərən 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.