Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nazione” partiyasının üzvü: Müstəmləkəçilik Korsikada ətraf mühitə böyük zərər vurub

16.11.2024 [16:14]

Xəbərin mətni

Bakı Təşəbbüs Qrupu bu qlobal nəhəng konfransda iştirak etmək üçün bizi dəvət edib. Korsika adası uzun illərdir müstəmləkə əsarətinə məruz qalır. Bunun nəticəsində də ətraf mühit təhlükə altındadır. İqlim dəyişikliyi artıq Korsika sahillərində böyük problemlər yaradıb. Suyun səviyyəsinin qalxması artıq sahildə olan tikililərə, turizmə kifayət qədər ziyan vurub. Qarşıdan gələn illərdə də ada ərazisinin çox hissəsi su altında qalmaq təhlükəsi ilə üzləşib.
Bu fikirləri COP29 çərçivəsində Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələri və dənizaşırı ərazilərin nümayəndələrinin keçirdiyi “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiyanın iştirakçısı, Korsikanın “Nazione” partiyasının fəal üzvü Fransua Venedet AZƏRTAC-a müsahibəsində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI