CƏMİYYƏT


“İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya” mövzusunda müzakirə aparılıb

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) UNICEF-in təşkilatçılığı ilə “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya” mövzusunda müzakirə aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNICEF-in tərəfdaşlıq üzrə icraçı direktorunun müavini Kitti van der Heijden iqlim dəyişikliyi mövzusunun hər dövrdə aktual məsələ olduğunu söyləyib. O bildirib ki, iqlim dəyişikliyi gələcək nəsillərin taleyini həll edəcək: “Bu məsələ uşaqların təhsilinə, sağlamlığına, onların koqnitiv inkişafına mənfi təsir edir. İqlimlə əlaqəli maliyyə vəsaitlərinin yalnız 2.4 faizi uşaqlara aiddir. Bu, qəbuledilməzdir”.