İİTKM: Qlobal beyin mərkəzlərinin əməkdaşlığı iqlim problemlərinin həllində böyük əhəmiyyət kəsb edir
16.11.2024 [18:23]
Xəbərin mətni
“Bu gün Bakıda keçirilən Beynəlxalq Beyin Mərkəzləri Forumu COP29 tədbiri çərçivəsində təşkil edilib. Bizim qonaqlarımız dünyanın ən böyük beyin mərkəzləridir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov jurnalistlərə açıqlamasında deyib.