CƏMİYYƏT


80 yaşlı Vitya baba Göyçəyə qayıdacağı günü səbirsizliklə gözləyir

Biz – Qərbi azərbaycanlılar inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağa qayıtdığımız kimi, doğma yurdlarımıza da qayıdacağıq. Göyçəni, Zəngəzuru böyüyüb boya-başa çatdığım - Göyçə mahalının Qarayamanlı kəndini yenidən görəcəyəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində əslən Göyçə mahalının Qarayamanlı kəndindən olan Vitya Alıyev deyib.
O, 1944-cü ilin iyul ayının 1-də Göyçə mahalının Qarayamanlı kəndində anadan olub. Orta təhsilini Qarayamanlı kəndində alan Vitya hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda sürücü işləyib.