Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Qırğızıstanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağıdır

20.11.2024 [16:43]

Xəbərin mətni

Azərbaycan iki transkontinental marşrutun - Şərq-Qərb və Şimal-Cənubun kəsişməsində yerləşdiyi üçün hazırda bizim üçün strateji tərəfdaşdır. “Şərq-Qərb” marşrutuna gəlincə, Çinin ən yaxın qonşusu olan Qırğızıstan bu ölkəyə giriş qapısı kimi çıxış edir. Bizim üçün Azərbaycan Avropaya, eləcə də Rusiyaya açılan qapıdır.
Bu barədə COP29 çərçivəsində Qırğızıstanın milli pavilyonunda AZƏRTAC-a müsahibəsində Qırğız Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Bekjan Rısmendeyev bildirib.