CƏMİYYƏT


COP29 Sədrliyi: COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul edəcəyik

Bu gün COP29 konfransının son günüdür. Biz inanırıq ki, su iqlimin təməl daşıdır. Bunu hər gün dünyanın müxtəlif bölgələrində müşahidə edirik. Su dövranı əsasən iqlim dəyişmələrinə görə də dəyişiklərə məruz qalır. Biz bu mövzunu müxtəlif iqlim platformalarında müzakirə etməliyik, çünki su mövzusu iqlim məsələsi üçün olduqca zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova “İqlim üçün Su: Su Həllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim Əlaqəliliyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.