MÜSAHİBƏ


Nepallı iştirakçı: İnkişaf etmiş ölkələr iqlim fonduna daha çox pul qoymalıdır

COP29-da iştirak edən Nepal Nümayəndə heyətinin rəhbəriyəm. İndiyə qədərki COP-larda qərarlar icra olunmayıb. Lakin COP29-da alınan qərarların inkişaf etməkdə olan ölkələrin xeyrinə olacağını gözləyirik. Ölkəmizin prioriteti iqlim maliyyəsidir. İtki və zərər üçün fond yaradılıb, lakin hələ fəaliyyət göstərməyib. Bu məsələdə fond da kifayət deyil. İnkişaf etmiş ölkələr həmin fonda daha çox pul qoymalı və mümkün qədər tez fəaliyyətə başlamalıdır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Nepal Nümayəndə heyətinin rəhbəri Dipak Kumar Karal deyib.