MÜSAHİBƏ


“Power Shift Africa”nın direktoru: İqlim dəyişmələrinə səbəb olan ölkələrin vurduqları zərərə görə məsuliyyət daşımalarını istəyirik

Varlı ölkələr öz öhdəliklərini icra etməkdən boyun qaçırırlar və həmin yükü inkişaf etməkdə olan ölkələrin çiyninə qoymaq istəyirlər. Buna görə də, az inkişaf etmiş ölkələr kiçik ada dövlətləri ilə birlikdə danışıqlar zalını tərk etdilər və bildirdilər ki, onlar təklif olunan mətnlə razılaşmırlar. Bu mətn inkişaf etməkdə olan dövlətlər tərəfindən dəstəklənmir. Bizim iqlim mühakiməsinə ehtiyacımız var. Biz iqlim dəyişmələrinə səbəb olan əsas ölkələrin vurduqları zərərə görə məsuliyyət daşımalarını istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Power Shift Africa"nın direktoru Mohamed Adov deyib.