Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADA Universitetinin 3-cü Məzun Forumu İtaliyada keçirilib

09.12.2024 [10:53]

Xəbərin mətni

ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib.
AZƏRTAC xəbər verir ki, “İlhamlandır. Təsir et. Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA məzunlarını, idarəetmə, eləcə də professor-müəllim heyətinin üzvlərini bir araya gətirib.