CƏMİYYƏT
Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Qubadlıda olub
10.12.2024 [15:25]
Xəbərin mətni
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 10-da işğaldan azad olunan Qubadlı rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Zəngilan Beynəlxalq Hava Limanında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.