Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11.12.2024 [14:56]

Xəbərin mətni

Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi sayəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilib.