Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fransız tələbələrə Azərbaycanın mədəniyyət diplomatiyasından danışılıb

11.12.2024 [17:26]

Xəbərin mətni

Parisdə “Quai Branly” muzeyində magistrantlar üçün “Mədəni irs hüququ” adlı kollokvium keçirilib.
AZƏRTAC xəbər verir ki, kollokvium çərçivəsində “Mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masada Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova ölkəmizin tarixi, qədim və zəngin mədəni irsi, onun qorunması, eləcə də mədəniyyət diplomatiyasının müstəsna rolundan danışıb.