Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12.12.2024 [13:43]

Xəbərin mətni

Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin əməkdaşları Ümummilli Liderin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.