Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş ədliyyə müşaviri: Azərbaycanın uğurlarının təməlini Heydər Əliyevin dühası təşkil edir

12.12.2024 [19:30]

Xəbərin mətni

Bu gün böyükdən kiçiyə hər kəs öz əbədiyaşar liderini ziyarət edir, onun ruhuna ehtiramını ifadə edir. Sözsüz ki, əsrlər, nəsillər keçsə də, Azərbaycan xalqı heç zaman Ümummilli Lider Heydər Əliyevi unutmayacaq, onun parlaq siması daim yaddaşlarda yaşayacaq, hər zaman dərin hörmət və ehtiramla əziz və unudulmaz xatirəsi yad ediləcək. Misilsiz xalq məhəbbətindən doğan izdihamı bu gün Fəxri xiyabanda görürük.

Bu fikirləri AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında söyləyib.