Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Polis Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib

13.12.2024 [10:34]

Xəbərin mətni

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.