CƏMİYYƏT
Jurnalistlər Özünüməşğulluq proqramı çərçivəsində Füzuli sakinləri üçün yaradılan təsərrüfatlarda olublar
13.12.2024 [16:18]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhər sakinləri üçün Özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlərə Böyük Qayıdış proqramı çərçivəsində ata-baba yurdlarına qayıtmış sakinlərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, Füzuli şəhərinə köçürülən sakinlərdən 39 şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunaraq kiçik təsərrüfatları qurulub.