Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb

14.12.2024 [13:28]

Xəbərin mətni

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədqiqat Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi "Mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək" layihəsi çərçivəsində aparılıb.