Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nizami rayonunda yaşlı insanlara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar

16.12.2024 [12:22]

Xəbərin mətni

Paytaxtın Nizami rayonu ərazisində 76 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı şəxslərin ona zor tətbiq edərək içərisində pul, sənədlər və digər qiymətli əşyalar olan çantasını ələ keçirdiklərini bildirib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Valeh Abbasov və 21 yaşlı Röyal Əsədov saxlanılıblar. Həmin şəxslərin etdikləri əməl ərazidəki kameralar vasitəsilə də anbaan qeydə alınıb.