Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ANAMA: Ötən həftə 722 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

16.12.2024 [19:47]

Xəbərin mətni

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində ötən həftə ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 73, tank əleyhinə 24 mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.