Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fərid Qayıbov: Gənclərə peşə seçimində dəstək oluruq

19.12.2024 [17:30]

Xəbərin mətni

Gənclər sahəsi çox genişdir və tək çalışa bilmərik. Demək olar ki, bu sahədə bütün dövlət qurumları ilə layihələrimiz var. Ölkənin müxtəlif ərazilərində gənclər evləri fəaliyyət göstərir. Həmin gənclər evlərində karyera kursları keçirir və gənclərə peşə seçimində dəstək oluruq. Bununla yanaşı, olimpiya komplekslərində düşərgələr keçiririk. Tədbirlərimizə beynəlxalq təşkilatlar da qoşulur. Belə ki, UNICEF və BMT-nin digər təşkilatları ilə tədbirlər təşkil etmişik.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.