CƏMİYYƏT
Ağacın aşması nəticəsində bağlanan Zəngilan-Mincivan magistral yolu FHN-in müdaxiləsi ilə açılıb
12.01.2025 [13:47]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu kilometrliyində irigövdəli ağacın aşması və nəticədə magistral yolun bağlanması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb ediliblər.