Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18.01.2025 [15:41]

Xəbərin mətni

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.