Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib

20.01.2025 [15:25]

Xəbərin mətni

Metronun təhlükəsizliyi ən mühüm məsələlərdən biridir. 2024-cü ildə biz 229-230 milyon sərnişin daşımışıq. Bu qədər sərnişinin təhlükəsizliyi bizim üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə eskalatorlar 2 min 845 dəfə dayandırılıb və bunun cəmi 13 faizi istehsalat səbəbləri ilə bağlı olub.